Bank Of Baku

Azərbaycanın idman filmləri beynəlxalq festivallarda iştirak edir

Azərbaycanın idman filmləri beynəlxalq festivallarda iştirak edir
# 28 sentyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın Lipetsk şəhərində 8-ci Beynəlxalq İdman Filmləri Festivalı keçirilir. Sentyabrın 30-dək davam edəcək festivalın müsabiqə proqramına Azərbaycanın gənc rejissoru Arzu Urşanın “Göyə qalxan top yerə də dəyər” filmi daxil edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunub. Festivalın münsiflər heyətinin üzvü əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovun Lipetskdən verdiyi məlumata görə, tamaşaçılar tərəfindən filmə böyük maraq göstərilib. İdman mövzusuna aid daha bir filmi kinorejissor Rafiq Quliyev çəkib. “Çovkan” sənədli filmi milli at idmanı yarışından bəhs edir. Bu film oktyabrın sonunda Milanda (İtaliya) keçiriləcək “İdman hekayələri” kinofestivalında nümayiş etdiriləcək. Hər iki film bu il “Salnamə” studiyasında çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR