Bank Of Baku

Bəstəkar Xəyyam Mirzəzadə haqqında sənədli filmi çəkilib

Bəstəkar Xəyyam Mirzəzadə haqqında sənədli filmi çəkilib
# 28 sentyabr 2011 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin həyat və yaradıcılığına həsr olunmuş “Maestro. Özüm və zaman haqqında” sənədli filmi çəkilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Salnamə” və “Cinealliance” studiyalarının birgə istehsalı olan filmin ssenari müəllifi və rejissoru xalq artisti Tofiq İsmayılov, operator Ziya Babayev, musiqi redaktoru Rauf Əliyev, redaktoru Ramiz Əliyevdir. Filmin qəhrəmanı öz həyatı və sənəti haqqında, müəllimləri, dostları, tələbələri haqqında düşüncələri ilə tamaşaçılarla bölüşür.
Filmin təqdimatının oktyabrın 4-də Dövlət Rus Dram Teatrında keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR