Bank Of Baku

Yuğ Teatrında fransız aktrisasının ifasında “La mort de Neron” tamaşası nümayiş olunub

Yuğ Teatrında fransız aktrisasının ifasında “La mort de Neron” tamaşası nümayiş olunub
# 29 sentyabr 2011 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yuğ Dövlət Teatrı beynəlxalq əlaqələrin qurulması istiqamətindəki işləri davam etdirir. Bu tipli layihələrin, ustad dərslərinin, müzakirə və seminarların cari teatr mövsümündə də davamı gözlənilir. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, bu gün Fransa Mədəniyyət Mərkəzi ilə Yuğ Teatrının birgə layihəsi olan “La mort de Neron” (“Neronun ölümü”) tamaşası nümayiş olunub. Tamaşanın ədəbi əsasının müəllifi Felisien Marsodur. Monotamaşada yeganə rolu Bernar Keple ifa edib. Tamaşa teatrın binasında göstərilib.

Xatırladaq ki, Yuğ Teatrı ötən mövsüm ərzində Fransa, Polşa və İsveç səfirlikləri ilə birgə bir sıra layihələr həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR