Bank Of Baku

Əsaslı təmir olunan Mingəçevir Dövlət Dram Teatrının qarşısında 139-cu teatr mövsümünün açılışı keçirilib – FOTO

Əsaslı təmir olunan Mingəçevir Dövlət Dram Teatrının qarşısında 139-cu teatr mövsümünün açılışı keçirilib – <font color=red>FOTO </font>
# 30 sentyabr 2011 11:18 (UTC +04:00)
APA-nın məlumatına görə, təntənəli mərasimlə 139-cu milli teatr mövsümünə də rəsmən start verilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir şəhərində Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyulub. Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni teatr mövsümünün açılışı münasibətilə teatr ictimaiyyətini, sənətsevərləri təbrik edib. Son illər yeni teatr mövsümünün açılışının əsaslı şəkildə təmir-bərpa olunmuş sənət ocağında keçirildiyini deyən nazir Mingəçevir Dövlət Dram Teatrının binasının da ən müasir standartlar səviyyəsində yenidən qurulduğunu vurğulayıb: “139-cu teatr mövsümünün açılışının tamamilə yenidən qurulmuş Mingəçevir teatrında keçirilməsi sevindirici haldır. Bölgələrdə teatrların, ümumilikdə mədəniyyət ocaqlarının inkişafına dövlət tərəfindən böyük önəm verilir. Əminəm ki, teatrın yaradıcı heyəti yeni təmir olunmuş sənət ocağında yeni yaradıcılıq uğurları ilə hər kəsi sevindirəcək”.
Nazir teatrın nəzdində yaradıcılıq studiyasının fəaliyyət göstərəcəyini və burada yeni nəsil istedadların formalaşacağını da əlavə edib.

Sonra teatrın açılışını bildirən lent kəsilib. Nazir Əbülfəs Qarayev Mingəçevir Dövlət Dram Teatrının binası, teatrın texniki təchizatı ilə yaxından tanış oldu, binada aparılan yenidənqurma işlərini yüksək qiymətləndirib. Tədbirdə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın müxtəlif teatrlarının sənətçiləri öz tamaşalarından parçalarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR