Bank Of Baku

Yuğ Teatrının direktoru Tərlan Rəsulov Polşada səfərdədir

Yuğ Teatrının direktoru Tərlan Rəsulov Polşada səfərdədir
# 04 oktyabr 2011 09:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 4-9 oktyabr tarixlərində Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanı Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru, prodüser Səbuhi Məmmədov, “Simsar” Studiyasının direktoru Pərviz Məmmədrzayev və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edəcəklər.

Polşanın A. Mitskeviç adına İnstitutunun təşkil etdiyi tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən – Bolqarıstan, Xorvatiya, Belarus, Gürcüstan, Cexiya, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Hersoqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edəcək. Görüş çərçivəsində yaxın iki il ərzində Şərqi Avropada həyata keçirilməsi nəzərdə tutulan teatr və art layihələr, yeni idaretmə mexanizmləri, çağdaş təşkilatlanma problemləri müzakirə olunacaq.

Yuğ Teatrının direktoru Tərlan Rəsulov ilk növbədə teatrın fəaliyyəti, poetikası, strukturu haqqında danışacaq. Direktor həmçinin teatrın iştirak etməsi nəzərdə tutulan Avropada keçirilən layihələr haqqında da ətraflı məlumat verəcək. Tərlan Rəsulov Yuğ Teatrının, eləcə də bütünlükdə Azərbaycan teatrının Avropa teatr məkanına inteqrasiyasını nəzərdə tutan bir neçə layihəni də tədbir iştirakçılarının diqqətinə təqdim edəcək. Onu da qeyd edək ki, bu tədbirlə paralel olaraq Krakov şəhərində “Teatr Reminisens”də İETM-in (Müasir Teatr Sənəti Beynəlxalq Şəbəkəsi) plenar iclası da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR