Bank Of Baku

Azərbaycanın xalq artisti Ukraynada keçirilən teatr festivalında səhnəyə sərxoş vəziyyətdə çıxıb

Azərbaycanın xalq artisti Ukraynada keçirilən teatr festivalında səhnəyə sərxoş vəziyyətdə çıxıb
# 04 oktyabr 2011 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, İsrafil İsrafilovun bu addımı atmasına xalq artistinin Yaltada keçirilən “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxması səbəb olub. Bildirilir ki, Nurəddin Mehdixanlının bu hərəkəti Yalta Teatr Festivalının təşkilatçılarını da təəccübləndirib. Təşkilatçılar bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə kəskin etirazları bildiriblər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı Yalta festivalında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşada Qarabağla bağlı həqiqətlər ön plana çəkilir. Rejissor Bəhrəm Osmanovun quruluş verdiyi tamaşada baş rolları xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva ifa ediblər.

Nurəddin Mehdixanlı məsələyə münasibət bildirmək istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR