Bank Of Baku

Yaşar Nurinin təxirə salınan yubiley tədbirinin tarixi məlum olub

Yaşar Nurinin təxirə salınan yubiley tədbirinin tarixi məlum olub
# 04 oktyabr 2011 12:17 (UTC +04:00)
Bu barədə APA-ya teatrın direktoru İsrafil İsrafilov məlumat verib. O bildirib ki, oktyabrın 5-də keçirilməli olan 60 illik yubiley tədbirinin oktyabrın 16-da keçirilməsi qərara alınıb: “Yaşar müəllimlə danışdıq və razılaşdırdıq. Yubiley tədbirinə xüsusi hazırlaşmışıq və həmin günün unudulmaz bir gün olmasını arzulayırıq”.
İ. İsrafilov deyib ki, oktyabrın 16-da keçirilməsi nəzərdə tutulan yubiley tədbirində Yaşar Nurinin həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş olunacaq.

Xatırladaq ki, Yaşar Nurinin 60 illik yubileyinin oktyabrın 5-də keçirilməsi nəzərdə tutulsa da, aktyorun səhhətindəki problemlər səbəbindən yubiley tədbiri təxirə salınıb. Tədbir oktyabrın 16-da Akademik Milli Dram Teatrında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR