Bank Of Baku

Ömər Eldarov “İnternational Socrates Award” mükafatına layiq görülüb

Ömər Eldarov “İnternational Socrates Award” mükafatına layiq görülüb
# 04 oktyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 12-də İngiltərənin Oksford şəhərində Oksford sammiti çərçivəsində “İnternational Socrates Award” mükafatının təqdimatı keçiriləcək. Mükafata layiq görülənlər arasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov da var. Rəssamlıq Akademiyasından APA-ya verilən məlumata görə, xalq rəssamı bu mükafata Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə texnologiya sahəsində fəaliyyətinə və uğurlarına görə layiq görülüb. Bundan əlavə, Ömər Eldarov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında beynəlxalq elm və mədəniyyət tərəfdaşlığının gücləndirməsində töhfələrinə görə “United Europe Award” ordeni ilə də təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR