Bank Of Baku

Bakıda İran filmləri nümayiş olunub

Bakıda İran filmləri nümayiş olunub
# 04 oktyabr 2011 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda keçirilən İran Mədəniyyət Həftəsi çərçivəsində bu gün Muzey Mərkəzində İran filmlərinin nümayişi keçirilib. APA-nın məlumatına görə, nümayişdən əvvəl çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov iki ölkə arasında olan qarşılıqlı əlaqələrdən söz açıb. O bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr daha da genişlənir. Kino layihələri baxımından əməkdaşlıq davam edir və bundan sonra da bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Kinoşünas, əməkdar incəsənət xadimi Cəmil Quliyev isə çıxışında İran rejissorlarının lentə aldığı filmləri keyfiyyət baxımından müsbət dəyərləndirib. İranlı rejissor Hüseyn Nəcəfi tədbirdə nümayiş olunan “Səkkizinci səma” filminin Azərbaycan xalqının həyatından bəhs etdiyini deyib: “Bu mənim Azərbaycan haqqında ikinci filmimdir. Filmin çəkilişləri iki aya yaxın Məşhəddə çəkilib. Filmdə Azərbaycan ailəsinin Məşhədə ziyarətindən və onların yollarına çıxan əngəllərdən bəhs edilir”.

Rejissor onu da qeyd edib ki, filmdə həm İran, həm də Azərbaycan aktyorları çəkilib. Azərbaycan tərəfdən aktyorlar Qurban Mənsimov, Xalidə Quliyeva, Zülfiyyə Əlihüseynova, İrandan isə Rəhim Novruzi, Məhəmməd Kasimi və başqaları çəkilib. İki gün davam edəcək İran filmlərinin nümayişində ümumilikdə 4 filmin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İran Mədəniyyət Həftəsi oktyabrın 7-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR