Bank Of Baku

“Bakı Caz Festivalı-2011”-in keçiriləcəyi tarix məlum olub

“Bakı Caz Festivalı-2011”-in keçiriləcəyi tarix məlum olub
# 04 oktyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 15-dən 29-dək Bakıda ənənəvi caz festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival çərçivəsində tanınmış musiqiçilər və kollektivlər Bakıya gələcəklər. Festivalda yerli ifaçılar da geniş təmsil olunacaq. Konsertlər Heydər Əliyev Sarayı, Bakı Caz Mərkəzi və Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Festivalın sonuncu günündə məşhur Dyuk Ellinqtonun Orkestrinin konserti keçiriləcək.

Dyuk Ellinqton 1974-cü ildə vəfat edib. Onun özündən sonra böyük irsi qalıb.
D. Ellinqtonun vəfatından sonra orkestrə onun oğlu Merser Ellinqton rəhbərlik edib. 1996-cı ildən onların yolunu nəvə Pol Elinqton davam etdirib və indi də orkestrə rəhbərlik edir. Orkestrin hazırkı tərkibinə Nyu-Yorkun aparıcı musiqiçiləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR