Bank Of Baku

Tac-Mahal çökə bilər – FOTO

Tac-Mahal çökə bilər – <font color=red>FOTO </font>
# 05 oktyabr 2011 10:47 (UTC +04:00)
APA-nın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, 358 yaşlı kompleksin təməlindəki taxtalar Camna (Yamuna) çayından qidalanan quyulara axan suyun azalması ucbatından qurumağa başlayıb. Səbəb çayda suyun səviyyəsinin azalmasıdır. Çay quruyarsa, Tac-Mahalın məhv olacağını söyləyən ekoloqlar hökuməti təcili tədbirlər görməyə çağırıblar.

Qeyd edək ki, Tac-Mahal Hindistan ərazisində qurulmuş Babur İmperiyasının imperatoru, 1627-1658-ci illərdə hökmranlıq etmiş Cahan şahın əmri ilə onun doğuş zamanı vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə inşa edilib. 1983-cü ildə Tac-Mahal UNESCO tərəfindən “müsəlman incəsənətinin mirvarisi, bütün dünyanın heyran olduğu şedevrlərdən biri” qismində “Dünya İrsi” siyahısına salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR