Bank Of Baku

Bakıda “Mahmud və Məryəm” filmində Məryəm rolu üçün kastinqlərə start verilib

Bakıda “Mahmud və Məryəm” filmində Məryəm rolu üçün kastinqlərə start verilib
# 05 oktyabr 2011 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında film çəkilməsi nəzərdə tutulan eyniadlı ekran əsərində Məryəm roluna kastinqlərə start verilib. APA-nın məlumatına görə, kastinqlərdə iştirak etmək üçün Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Bakıya gəlib. Bu gün Teatr Xadimləri İttifaqında başlanan kastinqlərdə 9 namizəd iştirak edib. Baş rol ifaçısının axtarışı üçün kastinqlər bir neçə gün davam edəcək. Seçimlərdə Azərbaycanın xalq artisti Rafiq Əliyev də iştirak edir. Baxışdan keçən qızlar arasında Məryəm roluna ən uyğun gələn namizədi filmin türkiyəli rejissoru təyin edəcək.

Artıq filmin Mahmud rolunun ifaçısı təsdiqlənib. Həmin rol Türkiyənin sevilən aktyorları arasında olan “Bıçaq sırtı”, “Aşk təsadüfləri sevər” kimi filmlərdə əsas rolun ifaçısı Mehmet Günsürə həvalə edilib. Mehmet Günsürün Türkiyədə çox izlənilən “Möhtəşəm Yüz Yıl” filmində çəkilməsi “Mahmud və Məryəm” filminin çəkilişləri üçün problem yaratmayacaq.

Filmdə Məlahət Abbasova Mahmudun xalası Qəmər Banu obrazını canlandıracaq. Filmin prodüseri Sevda Kayğısızdır. Filmin çəkilişləri Azərbaycan və Türkiyədə aparılacaq.
Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR