Bank Of Baku

Yaşar Nuri yubiley tədbirinin hazırlıqları ilə tanış olmaq üçün Akademik Milli Dram Teatrına gedib

Yaşar Nuri yubiley tədbirinin hazırlıqları ilə tanış olmaq üçün Akademik Milli Dram Teatrına gedib
# 08 oktyabr 2011 09:57 (UTC +04:00)
Oktyabrın 16-da aktyorun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulan 60 illik yubileyinə hazırlaşır. Yubileyə hazırlıqla bağlı Yaşar Nuri bir neçə müddətdən sonra teatra gəlib. Aktyor APA-ya açıqlamasında özünü yaxşı hiss etdiyini və səhnə üçün darıxdığını qeyd edib: “Şükür Allaha hər şey yaxşıdır. Oktyabrın 16-nı səbirsizliklə gözləyirəm. Bu yubiley mənim üçün çox önəmlidir. Gördüyünüz kimi gəzirəm və artıq hər şey geridə qalıb”.

Y. Nuri 60 illik yubileyi tədbirinə kimi özünü qoruyacağını və sevənləri qarşısına tam sağlam çıxacağını bəyan edib. Aktyor hazırda fizioterapiya müalicəsi aldığını da əlavə edib.

Qeyd edək ki, oktyabrın 16-da Akademik Milli Dram Teatrında sevimli aktyor Yaşar Nurinin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Yubiley tədbiri oktyabrın 5-nə nəzərdə tutulsa da, aktyorun səhhətindəki problemlərdən dolayı mərasim təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR