Bank Of Baku

Heydər Əliyev Sarayında Qurban bayramına həsr olunmuş konsert keçiriləcək

Heydər Əliyev Sarayında Qurban bayramına həsr olunmuş konsert keçiriləcək
# 10 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 5-də Heydər Əliyev Sarayında Qurban bayramına həsr olunmuş konsert keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə xalq artistləri Aygün Bayramova və Nazpəri Dostəliyeva, əməkdar artistlər Tünzalə Ağayeva, Aygün Hümbətova, Teyyub Aslanov, Manana, İlqar Muradov və Lalə Məmmədova, populyar müğənnilər Elnur, Elton, Samir Piriyev, Rəşad İlyasov, Aşıq Samirə, Ehtiram Hüseynov və Murad Sadıx, eyni zamanda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Biletlərin qiyməti 10-40 manat arasındadır.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə növbəti konsert noyabrın 14-də baş tutacaq. Uşaqlar üçün nəzərdə tutulan konsertin “Azad ölkənin şən uşaqları” adı altında keçirilməsi nəzərdə tutulur. Biletlərin qiyməti 5-15 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR