Bank Of Baku

Bəhram Osmanov Akademik Milli Dram Teatrında Mirzə İbrahimovla bağlı yubiley proqramı hazırlayır

Bəhram Osmanov Akademik Milli Dram Teatrında Mirzə İbrahimovla bağlı yubiley proqramı hazırlayır
# 10 oktyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rejissor Bəhram Osmanov Akademik Milli Dram Teatrında yubiley proqramı hazırlayır. APA-nın məlumatına görə, rejissor uzaqlaşdığı teatrda Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubiley tədbirini hazırlayır. Bu faktı APA-ya təsdiqləyən Bəhram Osmanov yubiley hazırlığı ilə bağlı teatra gedib-gəldiyini, yeni tamaşaların nümayişlərində iştirak etdiyini deyib. Rejissor bildirib ki, Mirzə İbrahimovun 100 illik yubiley tədbirinin oktyabrın 26-da keçirilməsi nəzərdə tutulur: “Bu tarix hələlik şərtidir. Yubileyə hazırlıqlar davam edir və bu tədbirin fərqli formada hazırlanması yönündə çalışırıq. Yubileyin oktyabrın 26-da keçirilməsi planlaşdırılır, amma bu tarix dəyişə də bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR