Bank Of Baku

Azərbaycanda Raxmaninovun məşhur “Aleko” operası səhnəyə qoyulur

Azərbaycanda Raxmaninovun məşhur “Aleko” operası səhnəyə qoyulur
# 11 oktyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun məşhur “Aleko” operasının quruluşu üzərində işlər başlanıb. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Aleko” rus opera sənətinin incilərindən biri olub, operasevərlərin ən sevimli əsərlərindən biridir. Tamaşanın quruluşçu-rejissoru tanınmış Ukraynalı opera rejissoru Nikolay Tretyakdır.
N. Tretyak teatr rəhbərliyinin dəvəti ilə dünən Bakıya gəlmişdir və artıq tamaşanın quruluşu üzərində çalışır.
Tamaşanın dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi, professor Yalçin Adıgözəlovdur. Tamaşada teatrın əsas solistlərindən əməkdar artistlər Əli Əsgərov, Əvəz Abdullayev, Zemfira İsmayılova, həmçinin gənc və istedadlı vokalçılar İlahə Əfəndiyeva, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Vahabzadə iştirak edəcəklər. Tamaşanın premyerasının noyabrın sonunda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR