Bank Of Baku

Yunanıstan tanınmış dirijoru Azərbaycanda çıxış edəcək

Yunanıstan tanınmış dirijoru Azərbaycanda çıxış edəcək
# 12 oktyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış yunan dirijoru Viron Fidetsiz Azərbaycanın paytaxtında çıxış edəcək. Yunanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, konsert Viron Fidetsizin rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə baş tutacaq. Konsertdə Lüdviq Van Bethovenin “Prometey” uvertürası, Karl Nilsenin Klarnet və Orkestr üçün konserti, Nikos Skalkottasın “Beş yunan rəqsi” və Manolis Kalomirisin: 1 saylı simfoniya Levendiası ifa olunacaq. Konsertin oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur.

Sözügedən konsert Azərbaycan Dövlət Filarmoniyası və Yunanıstanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub. Yunanıstanın DEPA Milli Qaz Korporasiyası tədbirin tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR