Bank Of Baku

Azərbaycanlı rejissorun filmi “Ən yaxşı uşaq filmi” kateqoriyasının mükafatına namizəddir

Azərbaycanlı rejissorun filmi “Ən yaxşı uşaq filmi” kateqoriyasının mükafatına namizəddir
# 13 oktyabr 2011 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” bədii filmi “Asia Pasific Screen Awards”da (APSA) “Ən yaxşı uşaq filmi” kateqoriyasının mükafatına namizəddir. Bu barədə APA-ya Azərbaycanda “Asia Pasific Screen Awards”ın (APSA) rəsmi nümayəndəsi olan “Nərimanfilm” şirkətindən məlumat verilib. “Buta” bədii filmi “Azərbaycanfilm” və “Buta film” studiyalarının istehsalıdır. Film İstehsalçıları Assosiasiyasının Beynəlxalq Federasiyasının dəstəyi sayəsində APSA dünyanın üçdə bir hissəsində 70-dən çox ölkənin, Asiya-Sakit Okean regionunun filmlərini mükafatlandırır.

2011-ci il üçün ASPA namizədləri film istehsalı ekspertlərindən, festival proqramları təşkilatçıları və direktorlarından, Asiya və Sakit Okean regionunun akademik və film tənqidçilərindən ibarət olan Müstəqil Şura tərəfindən seçilir. 2011-ci ildə mükafatlandırmalar “Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı uşaq filmi”, “Ən yaxşı rejissorluq”, “Ən yaxşı ssenari”, ”Kinematoqrafiyada nailiyyət”, “Ən yaxşı qadın rolu” və “Ən yaxşı kişi rolu” nominasiyalarında olacaq.
Kinematoqrafiyada nailiyyətə görə 3 - UNESCO-nun filim vasitəsi ilə irəliləyiş və mədəni müxtəlifliyin qorunması, FIAPF-ın Asiya və Sakit okean regionunda kinematoqrafiyada nailiyyətlər və Beynəlxalq Münsiflər heyətinin “Grand Prize” mükafatın verilməsi nəzərdə tutulur. APSA 5-ci mükafat mərasimi noyabrın 24-də Avstraliyada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR