Bank Of Baku

Fransanın müasir incəsənət mərkəzlərindən biri olan “Mapra”da ilk dəfə azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək

Fransanın müasir incəsənət mərkəzlərindən biri olan “Mapra”da ilk dəfə azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək
# 13 oktyabr 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransanın müasir incəsənət mərkəzlərindən biri olan və Lion şəhərində yerləşən “Mapra”da (“Lyon-Rhone Alpes” Rəssamlar Evi) ilk dəfə azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək. APA-nın məlumatına görə, oktyabrın 20-dən noyabrın 5-nə qədər davam edəcək sərgidə avropalı sənətsevərlər Nail Nadir Ələkbərovun yaradıcılığı ilə tanış olacaqlar.

Fransa Mədəniyyət Nazirliyinin rəssamlıq diplomunu almış ilk azərbaycanlı olan Nail Nadir Ələkbərovun yaradıcılığında Şərq-Qərb dünyagörüşündəki təzadlar, bənzərlik və uyğunluq əks olunur. Bu mövzuların ironik tərzdə ifadəsinə üstünlük verən rəssam instalyasiya, keramika, rəngkarlıq, heykəltaraşlıq, rəsm və video-art sahəsində Azərbaycanın yetişdirdiyi ən gənc istedad hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR