Bank Of Baku

Azərbaycanlı karikaturaçı Beynəlxalq Karikatura və Animasiya Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycanlı karikaturaçı Beynəlxalq Karikatura və Animasiya Federasiyasının vitse-prezidenti seçilib
# 14 oktyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın tanınmış karikatura ustası, müxtəlif beynəlxalq mükafatların sahibi Seyran Cəfərli Çinin Fujion əyalətində keçirilən nüfuzlu Asiya Beynəlxalq Animasiya, Karikatura və İnformasiya Texnologiyaları Sərgisindən qayıdıb. Bu barədə APA-ya məlumat verən karikaturaçı bildirib ki, beynəlxalq sərgidə tək Asiyanın yox, dünyanın informasiya texnologiyaları sahəsində aparıcı şirkətləri iştirak edib.

Tədbir çərçivəsində xüsusi karikatura sərgiləri və animasiya nümayişləri, müxtəlif diskussiyalar keçirilib. Bundan başqa, yeni bir təşkilatın - Beynəlxalq Karikatura və Animasiya Federasiyasının (FICA) yaradılmasına qərar verilib. Təşkilatın İdarə Heyətinin ilk toplantısında Seyran Cəfərli FICA-in vitse-prezidenti seçilib. S. Cəfərlinin sözlərinə görə, təşkilatın baş ofisi Çində olacaq: “Müzakirələr zamanı yeni federasiyanın bas ofisinin Fujion əyalətində yaradılması, beynəlxalq layihələrin həyata keçirilməsi qərara alınıb. 2012-ci ilin ilk ayından FICA yeni böyük layihələri ilə karikatura və animasiya dünyasına öz töhfələrini verməyi hədəfləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR