Bank Of Baku

Firəngiz Əlizadənin əsərləri beynəlxalq festivalda ifa olunub

Firəngiz Əlizadənin əsərləri beynəlxalq festivalda ifa olunub
# 14 oktyabr 2011 12:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynada “Kiyev Muzik Fest” XXII Beynəlxalq Musiqi Festivalı keçirilib. Ukrayna Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsəri ilə açılıb. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ukrayna Milli Filarmoniyasının M.V. Lisenko adına Sütunlu Zalında bəstəkarın violençel və simfonik orkestr üçün yazdığı “Mərsiyyə” əsəri ifa olunub. Ukrayna Milli Orkestrinin və tanınmış violençel ustası Aleksandr Piriyevin müşayiəti ilə ifa olunan bu əsər ABŞ-da baş verən 11 sentyabr terror qurbanlarının xatirəsinə ithaf olunub. Yerli musiqişünaslar mətbuat səhifələrində bu əsəri “möhtəşəm partitura” kimi qiymətləndiriblər.

Qeyd olunub ki, "Kiyev Muzik Fest" ilk dəfə tanınmış Ukrayna bəstəkarı İvan Karabitsin təşəbbüsü ilə 1990-cı ildə keçirilib. Əsasən sentyabr-oktyabr aylarında baş tutan festivalda Ukraynanın və dünyanın məşhur bəstəkarlarının əsərləri ifa olunur.
Mətbuat xidmətindən o da bildirilib ki, Ukraynanın Lvov şəhərində “Təzadlar” XVI Müasir Musiqi Festivalı öz işinə başlayıb. Oktyabrın 16-dək davam edəcək festival çərçivəsində müasir musiqinin görkəmli nümayəndələrinin əsərləri ifa olunub. Festival çərçivəsində Azərbaycanın dünya şöhrətli bəstəkarı Firəngiz Əlizadənin simfonik orkestr və violençel üçün konserti səslənib. Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin ifasında səslənən əsər lvovluların böyük marağına səbəb olub. Bu festival Ukrayna Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1995-ci ildən etibarən hər il payız fəslində Lvovda təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR