Bank Of Baku

Almaniyadan Azərbaycan Dövlət Səs Yazıları Arxivinə materiallar gətirilib

Almaniyadan Azərbaycan Dövlət Səs Yazıları Arxivinə materiallar gətirilib
# 14 oktyabr 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyanın Berlin şəhərindən Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə Respublika Dövlət Səs Yazıları Arxivinə qiymətli materiallar gətirilib. Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətovun APA-ya verdiyi məlumata görə, materialları Berlin şəhərindən “Muğam Mədəniyyət Mərkəzi”nin araşdırmaçısı Əbdülqədir İnaltəkin arxivə hədiyyə edib.

Göndərilən materiallar arasında Azərbaycanın xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Mələkxanım Əyyubova, Aygün Bayramova, eləcə də Zeynəb Behbudova, Sahib İbrahimov, Məhərrəm Həsənov və başqalarının ifasında muğam, təsnif və xalq mahnıları yazılmış CD diskləri yer alıb.

Bunlardan başqa, göndərilən audio-video sənədlər arasında “Azərbaycandan dünyaya müjdə” silsiləsindən Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Hara gedir sabahımız” adlı kompakt kaseti də var. Kasetdə şairin öz ifasında 14 şeir toplanıb. Eyni zamanda “Ocaqbaşı” silsiləsindən video-kaset də göndərilən hədiyyələr arasındadır. Burada tanınmış sənətçilər Möhlət Müslümov və Fəxrəddin Dadaşovun müşayiəti ilə xanəndələrin ifasında bir sıra təsnif və xalq mahnıları yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR