Bank Of Baku

İstiqlal Muzeyində müstəqilliyin 20-ci ildönümü ilə əlaqədar sərgi keçiriləcək

İstiqlal Muzeyində müstəqilliyin 20-ci ildönümü ilə əlaqədar sərgi keçiriləcək
# 14 oktyabr 2011 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İstiqlal Muzeyində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar “Biz müstəqilliyimizin həmyaşıdıyıq” adlı sərgi təşkil ediləcək. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm, qrafika və heykəltəraşlıq əsəri nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müəllim və tələbə heyəti, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Ali Hərbi Dənizçilik Məktəbinin kursantları və digər qonaqlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR