Bank Of Baku

Müstəqilliyin 20 illiyi münasibətilə Azərbaycan rəssamlarının sərgisi təşkil olunub - FOTOSESSİYA

Müstəqilliyin 20 illiyi münasibətilə Azərbaycan rəssamlarının sərgisi təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 14 oktyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Vəcihə Səmədova adına Sərgi Salonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan rəssamlarının sərgisi təşkil olunub. APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə keçirilib.

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, sərgidə 80-ə yaxın rəssamın 100-dən çox əsəri nümayiş etdirilir. O deyib ki, nümayişdə Azərbaycan rəssamlarının müstəqilliyin bərpasının iyirminci ildönümünə həsr olunmuş rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri yer alıb. Sərgidə rəssamların son 20 ildəki işləri sənətsevərlərin ixtiyarına verilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən, ölkə rəssamlarının dünyada tanınmasından söz açıb. Nazir müavini, Azərbaycanın hələ çox uğurlara və qələbələrə imza atacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR