Bank Of Baku

İçərişəhərdə “Selector” adlı müasir musiqi festivalı keçirilir

İçərişəhərdə “Selector” adlı müasir musiqi festivalı keçirilir
# 14 oktyabr 2011 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün İçərişəhərdə “Selector” adlı müasir musiqi festivalı keçirilir. APA-nın məlumatına görə, festival Qoşa qala qapısı meydanında təşkil edilib. Musiqi bayramı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “British Council” və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda dj-lərin ifasında “Selector şou”, britaniyalı musiqiçilərinin rok musiqisi ilə yanaşı, “İrəli” urban art klubu üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunur.

“The Selector” Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini beynəlxalq səviyyədə nümayiş etdirən, müasir musiqinin bütün janrlarını əhatə edən radio proqramdır. Bu proqram dünyanın 30-dan çox ölkəsində, o cümlədən Azərbaycanda yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR