Bank Of Baku

Azərbaycanlı skripka ifaçısı Avropa mədəniyyət parlamentinin 10-cu iclasında iştirak edib

Azərbaycanlı skripka ifaçısı Avropa mədəniyyət parlamentinin 10-cu iclasında iştirak edib
# 17 oktyabr 2011 16:16 (UTC +04:00)
Bakı-APA. Ötən il Avropanın mədəniyyət paytaxtı elan olunmuş tarixi Macarıstan şəhəri Peçdə Avropa mədəniyyət parlamentinin 3 günlük 10-cu iclası keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə bu mədəniyyət orqanının Avropa Şurasının üzv dövlətlərindən olan 120 üzvü, o cümlədən azərbaycanlı skripka ifaçısı Sabina Rakçayeva iştirak edib. Avropa mədəniyyət parlamenti 2001-ci ildə Strasburqda yaradılıb. Onun məqsədi Avropada mədəni ideya və təşəbbüslərin rolunun gücləndirilməsi, həmçinin xalqlar arasında mədəni dialoqa təkan verməkdir.
Parlamentin bu ilki iclası Peç şəhərinin Avropanın mədəniyyət paytaxtı seçilməsi münasibətilə tikilmiş və macar bəstəkarı Zoltan Kodayın adını daşıyan möhtəşəm konsert və konfrans mərkəzində keçirilib. Şənbə günü axşam iclasın ikinci günün bitməsinin ardından Sabina Rakçayevanın iştirakı ilə kvintet konserti olub.
Sabina Rakçayeva artıq uzun illərdir ki, Azərbaycanı xaricdə uğurla təmsil edir. Qısa müddət öncə öz əsərlərindən və improvizələrindən ibarət “Unveiled” adlı solo albom buraxıb. Musiqi sahəsindəki uğurları ilə yanaşı, Sabina Rakçayeva mərkəzi Londonda yerləşən Azərbaycan-Avropa Cəmiyyətinin təşkilat şurasının mədəniyyət məsələləri üzrə üzvü olaraq, təşkilatın fəaliyyətində aktiv iştirak edir. Hazırda Sabina Rakçayeva London Universitetinin Şərq və Afrika Tədqiqatları Məktəbində fəlsəfə doktoru alimlik dərəcəsinin alınması üçün dissertasiya üzərində işləyir. Buna qədər o Bakı Musiqi Akademiyasını, Nyu-Yorkdakı Culyard Məktəbinin (Juilliard School) musiqi üzrə magistr proqramını və Belçikada Ghent Kral Konservatoriyasını bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR