Bank Of Baku

“Bakı Beynəlxalq Caz Festivalı-2011” çərçivəsində konsert keçirilib

“Bakı Beynəlxalq Caz Festivalı-2011” çərçivəsində konsert keçirilib
# 17 oktyabr 2011 16:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı -2011” çərçivəsində “Yeni adlar” layihəsinin konserti keçirilib. APA-nın məlumatına görə, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 11-12-də keçirilən gənc caz ifaçılarının Respublika Festivalı müsabiqəsində seçilmiş laureatlar - Suada Ələkbərova, Tamilla Yaqubova, Orxan Ağayev, Ləman Abbaszadə, Camal Eminli və Zülfünaz Nəcəfova çıxış ediblər. Festival müsabiqənin seçilmişlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomlar təqdim edilib.
Bu gün, həmçinin festival çərçivəsində təşkil olunan digər konsertdə Azərbaycanın gənc cazmeni Elçin Şirinov çıxış edib. Onu bassda Kana Novikov, zərb alətlərində Aleksandr Marşin, udda Mircavad Cəfərov müşayiət edib.

Qeyd edək ki, Beynəlxalq Caz Festivalı oktyabrın 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR