Bank Of Baku

“Narkotiklərə yox!” devizi altında keçirilən beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirilib – FOTOSESSİYA

“Narkotiklərə yox!” devizi altında keçirilən beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 18 oktyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində “Narkotiklərə yox!” devizi altında keçirilən “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı-rəssam Bayram Hacızadə deyib ki, müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən müsabiqənin qızıl medalına İtaliyanı təmsil edən Alessandro Qatto, gümüş medalına Vladimir Kazanevski (Ukrayna), bürünc medalına Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülüblər. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və başqaları müsabiqənin keçirilməsinin əhəmiyyətindən söz açıblar. Çıxışlardan sonra keçirilən beynəlxalq karikatura müsabiqəsinin mükafatlandırma mərasimi olub. Tədbirdə Dünya Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk və təşkilatın vitse-prezidenti Marlen Polenin də iştirak edib. Qonaqlar oktyabrın 20-nə qədər Azərbaycanda səfərdə olacaqlar.

Beynəlxalq müsabiqə Azərbaycan Dövlət Gömrük Komitəsinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR