Bank Of Baku

Uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2011 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı respublika müsabiqəsinə həsr olunmuş sərgi və mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, müsabiqə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, “Müstəqil Azərbaycanım” adlı respublika müsabiqəsinə uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilib.

Müsabiqənin münsiflər heyətində Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dosenti Əsmər Nərimanbəyova və Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Rəfael Gülməmmədli təmsil olunub. Münsiflər heyətinin qərarına əsasən iştirakçılar iki yaş qrupu üzrə mükafatlandırılıblar. 7-13 yaş qrupu üzrə I dərəcəli diplom Zümrüd Hacıyevaya, II dərəcəli diplom Sədaqət Babayevaya, III dərəcəli diplom Aytac Şahbazovaya, 14-16 yaş qrupu üzrə I dərəcəli diplom İbrahim Orucova, II dərəcəli diplom Nərmin Həsənovaya, III dərəcəli diplom isə Elvin Şahməmmədliyə təqdim edilib. Müsabiqədə fərqlənən bir necə iştirakçıya isə Fəxri fərman verilib.
Sonra müsabiqəyə təqdim edilmiş rəsm və əl işlərinin sərgisinə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR