Bank Of Baku

Azərbaycanın nağara ustaları beynəlxalq müsabiqədə 54 ölkə arasında “Qran-pri” mükafatı qazanıblar

Azərbaycanın nağara ustaları beynəlxalq müsabiqədə 54 ölkə arasında “Qran-pri” mükafatı qazanıblar
# 20 oktyabr 2011 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu Cənubi Koreyanın Geum San şəhərində zərb alətləri üzrə keçirilən “World Percussion Performance Art” festival-yarışında iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə yarışmada Azərbaycan nağara ustaları 54 ölkə arasında ən gözəl nəticə göstərərək “Qran-pri” mükafatına layiq görülüb. Yarışma artıq sona çatsa da, festival hələ davam edir.
Belə ki, 20-22 oktyabr tarixlərində “Natiq ritm” qrupu master-klass verəcək, ayrıca konsert proqramı ilə çıxış edəcək, habelə festivalın təntənəli bağlanış mərasimində ayrıca musiqi nömrəsi ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR