Bank Of Baku

Almaniyanın tanınmış “De-Phazz” qrupu Bakı səhnəsində çıxış edib

Almaniyanın tanınmış “De-Phazz” qrupu Bakı səhnəsində çıxış edib
# 22 oktyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında Almaniyanın “De-Phazz” qrupunun geniş konserti olub. APA-nın məlumatına görə, konsertdə qrupun ifasında son vaxtlar hazırlanan musiqi kompozisiyaları təqdim olunub. Qrupun ifasında ilk musiqi nömrəsi Bakı və caz festivalına həsr olunub. Əslən amerikalı vokalçı Karl Fiyersonun tamaşaçılarla Azərbaycan dilində salamlaşması alqışlarla qarşılanıb. Digər vokalçı Pet Eppltonun ifası da yaddaqalan olub. “De-Phazz” qrupunun ifası alqışlarla müşayiət olunub.

Qeyd edək ki, Almaniyanın Haydelberq şəhərində yaradılan “De-Phazz” qrupunun ideya rəhbəri bəstəkar və ssenarist Pit Baumqartnerdir. Musiqiçilər “De-Phazz” qrupunun adını “destination future of jazz”, yəni “cazın gələcəyi” kimi açıqlayırlar.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Bakı Beynəlxalq Caz Festivalı -2011” oktyabrın 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR