Bank Of Baku

Moskvada Müslüm Maqomayevin anım mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada Müslüm Maqomayevin anım mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 oktyabr 2011 13:48 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məşhur sənətkarın vəfatının ildönümü ilə əlaqədar keçirilən anım tədbiri Müslüm Maqomayevin abidəsinin önündə təşkil olunub. Tədbirdə M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, onun yaxın dostları Araz və Emin Ağalarovlar, Azərbaycanın xalq rəssamı Tahir Salahov, Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Hüseynov, tibb elmləri doktoru Leonid Roşal, opera müğənnisi Yelena Obraztsova və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Bu gün Müslümü yad etməyə çoxlu insanlar gəlib. Bu onu göstərir ki, Müslüm insanların ürəyində yaşayır və yaşayacaq”. Bunu jurnalistlərə açıqlamasında Tamara Sinyavskaya deyib. O, bu gün Bakıda keçirilən anım mərasiminə qatıla bilmədiyini söyləyib: “Hər il bu günü Bakıda keçirirdim. Təəssüflər olsun ki, Bakıdakı tədbirə bu gün qatıla bilmirəm. Nə yaxşı ki, artıq Moskvada Müslümün abidəsi var.”

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR