Bank Of Baku

Araz Ağalarov: “Ləyaqət baxımından Müslüm Maqomayevi etalon kimi qəbul etmək olar” – FOTO

Araz Ağalarov: “Ləyaqət baxımından Müslüm Maqomayevi etalon kimi qəbul etmək olar” – <font color=red>FOTO</font>
# 25 oktyabr 2011 14:01 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov deyib. Onun sözlərinə görə, bu, Müslüm Maqomayevə olan böyük sevginin göstəricisidir: “Nəhəng ulduz bizimlə olmasa da, onun işığı daim bizim üzərimizdə olacaq”.

A. Ağalarov bildirib ki, insani keyfiyyətləri ölçən tərəzi olsaydı, ləyaqət baxımından Müslim Maqomayevi etalon kimi qəbul etmək olardı: ”O, çox ləyaqətli və öz ideyalarından dönməyən bir insan idi. Ömrümdə heç vaxt belə insanla qarşılaşmamışam. Adətən hər bir ulduzla tanış olandan sonra onun səhnədəki və adi həyatdakı davranışını müqayisə edəndə, insan bir növ məyus olur. Amma Müslüm belə deyildi. Səhnədəki və həyatdakı davranışı onun dahiliyini və əsl ulduz olduğunu göstərir”.

A. Ağalarovun oğlu, müğənni Emin Ağalarov da M. Maqomayevin həyatda gördüyü ən xeyirxah insan olduğunu bildirib: “Onu heç kimlə müqayisə etmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR