Bank Of Baku

Bakıda Almaniyada yaşayan azərbaycanlı rəssamın fərdi sərgisi keçirilir

Bakıda Almaniyada yaşayan azərbaycanlı rəssamın fərdi sərgisi keçirilir
# 26 oktyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Marqarita Kərimova-Sokolovanın akvarellə çəkilmiş miniatürlərdən ibarət “100 an” adlı fərdi sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərgi sənətkarın 70 illiyinə həsr edilib.

Açılışda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov Kölndə yaşayan azərbaycanlı rəssamın əslən Bakıdan olduğunu deyib: “Bakının özü də, onun atmosferi də rəssam üçün hava-su qədər zəruridir. Onun əsərləri Azərbaycan, Almaniya, Rusiya, ABŞ, Fransa, İtaliya, Avstriya və digər ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Marqaritanın sənəti həm də dünya kontekstində bizim incəsənətimiz deməkdir”.

“Çiçək formulu”, “Həvva” və “Karnaval dünyası” adlı 3 hissədən ibarət ekspozisiyada yüz miniatür nümayiş etdirilir. Sərgi oktyabrın 29-dək davam edəcək.

Marqarita Sokolova Kölndə yaşayan Azərbaycan rəssamıdır. O, vaxtilə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Hazırda Azərbaycan Rəssamlar İttifaqının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Rəssamın fərdi sərgiləri Rusiya, ABŞ, Almaniya, Avstriya, Polşa, Rumıniya, Kuba və təbii ki Azərbaycanda təşkil edilib.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR