Bank Of Baku

Azərbaycanlı dirijor Sankt-Peterburqda “Romeo və Cülyetta” baletini idarə edəcək

Azərbaycanlı dirijor Sankt-Peterburqda “Romeo və Cülyetta” baletini idarə edəcək
# 26 oktyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu günlərdə Ukraynanın Lvov şəhərində çıxış edən azərbaycanlı dirijor, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Sankt-Peterburqa səfər edib. Səfərlə bağlı APA-ya məlumat verən tanınmış dirijor qeyd edib ki, o, Sankt-Peterburqda Sergey Prokofyevin “Romeo və Cülyetta” baletini idarə edəcək. Baletin nümayişi M. P. Musorqski adına Sankt-Peteburq Akademik Dövlət Opera və Balet Teatrı – Mixaylovski Teatrında baş tutacaq. Balet 2, 3 və 4 noyabr tarixlərində Sankt-Peterburq balet sevərləri üçün oynanılacaq. Azərbaycanlı dirijor bu baleti idarə etmək üçün sözügedən teatrın rəhbərliyi tərəfindən dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR