Bank Of Baku

Gəncədə Koreya filmləri günləri keçiriləcək

Gəncədə Koreya filmləri günləri keçiriləcək
# 26 oktyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 2-dən 4-nə qədər Gəncədə Koreya filmləri günləri keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Kinematoqrafçılar İttifaqı, Koreyanın Azərbaycandakı səfirliyi, Koreya Fondu və Gəncə şəhər İcra Hakimiyyətidir. Kinematoqrafçılar İttifaqının kino yayımı şöbəsinin müdiri Gəray Əlibəyovun APA-ya verdiyi məlumata görə, üç gün davam edəcək tədbir çərçivəsində hər gün iki film olmaqla 6 film nümayiş olunacaq. Filmlər rus dilində subtitrlərlə göstəriləcək: “Artıq filmlərin buklet və afişaları hazırdır. Bu gündən etibarən Gəncədə asılacaq. Bundan başqa şəhərin monitorlarında Koreya ilə bağlı sənədli filmlər də göstəriləcək. Filmlərin nümayişi isə Gəncə Dövlət Dram Teatrında olacaq. Teatrın foyesində Koreyanın məşhur rəssamlarının əl işləri sərgilənəcək”.

G. Əlibəyov bildirib ki, Koreya filmləri günlərinin rəsmi açılışı noyabrın 2-də baş tutacaq. Mərasimə Koreyanın Azərbaycandakı səfiri Li Ci-Ha, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR