Bank Of Baku

I Bakı Beynəlxalq Kukla Biennalı keçiriləcək

I Bakı Beynəlxalq Kukla Biennalı keçiriləcək
# 27 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda “Fusion Doll” I Bakı Beynəlxalq Kukla Biennalı təşkil olunacaq. Biennal noyabrın 4-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, I Bakı Beynəlxalq Kukla Biennalının əsas məqsədi nüfuzlu təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik Azərbaycanla uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdən ibarətdir.
Biennalda 9 ölkədən 19 kukla ustası iştirak edəcək. Bu ölkələr arasında Azərbaycanla yanaşı, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya (“Vaxtanov” Qalereyası) və Ukrayna da var. Biennalın rəsmi açılış mərasiminin noyabrın 4-də keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR