Bank Of Baku

Altay Hacıyevin 80 illik yubiley sərgisi keçiriləcək

Altay Hacıyevin 80 illik yubiley sərgisi keçiriləcək
# 27 oktyabr 2011 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Altay Hacıyevin 80 illik yubiley sərgisi keçiriləcək. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq yubiley sərgisində rəssamın son illərdə yaratdığı 100-dək əsəri nümayiş etdiriləcək. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 80 illik yubileyi münasibəti ilə çap olunmuş “Xalq Rəssamı Altay Hacıyev” kitabının təqdimatı keçiriləcək. Yubiley sərgisinin nümayişi noyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, Altay Hacıyev 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev əməkdar rəssam, 2002-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR