Bank Of Baku

Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət sərginin açılışı və bədii albomun təqdimat mərasimi keçirilib

Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət sərginin açılışı və bədii albomun təqdimat mərasimi keçirilib
# 28 oktyabr 2011 16:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət sərginin açılışı və sənətkarların yaradıcılığını əks etdirən bədii albomun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Xalidə Səfərova və Mahmud Tağıyevin sənət irsi “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr edilmiş “Rəngkarlıq və qrafika” albomunda yer alıb. Bu, layihənin beşinci nəşridir. Albom Xalidə Səfərova və Mahmud Tağıyev tandeminin yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və fırça ustalarının əsərlərini toplu halında sənətsevərlərə təqdim edir.
Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin ekspozisiyası “Xalq Bank”ın baş ofisində oktyabr ayının 29-dan yanvarın 30-dək nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.
Tədbirdə sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, ittifaqın katibi Ağəli İbrahimov, bəstəkar Xəyyam Mirzəzadə və başqa tanınmış simalar çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR