Bank Of Baku

Bakı Beynəlxalq Caz Festivalına Duk Ellinqton Orkestrinin çıxışı ilə yekun vurulub

Bakı Beynəlxalq Caz Festivalına Duk Ellinqton Orkestrinin çıxışı ilə yekun vurulub
# 31 oktyabr 2011 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən aparıcı Rahib Azəri festival çərçivəsində dünyanın tanınmış caz ifaçılarının paytaxtımızın bir çox mədəniyyət ocaqlarında geniş konsert proqramları ilə çıxış etdiklərini xatırladıb: “İki həftə ərzində şəhərimizin sakinləri və paytaxtımızın qonaqları Azərbaycan, ABŞ, Türkiyə, Braziliya, İran və digər ölkələrdən gəlmiş musiqi qruplarının bir-birindən maraqlı ifalarını dinləyiblər. Bu günlərdə Azərbaycanın tanınmış cazmenləri səhnəni dünyanın məşhur caz ifaçıları ilə bölüşüb və müasirlik baxımından yeni ənənələrin əsasını qoyublar. Bu, gələcəkdə caz ifaçılığı sahəsində daha böyük layihələrin reallaşmasına təkan verəcək”.

Rahib Azəri cazsevərlərə Duk Ellinqton Orkestri haqqında da ətraflı məlumat verib. O vurğulayıb ki, D. Ellinqtonun vəfatından sonra oğlu Merker Ellinqton orkestrin rəhbərliyini öz üzərinə götürüb. Hazırda kollektivə bəstəkarın nəvəsi Paul Ellinqton rəhbərlik edir. D. Ellinqton iki mindən artıq əsər yazıb, onun “Take the A-Train”, “İt don’t mean a Thing” və digər kompozisiyaları xüsusilə məşhurdur. 15 musiqiçidən ibarət orkestr saat yarım ərzində tamaşaçılara alətlərlə virtuoz və möhtəşəm ifa qabiliyyətlərini nümayiş etdiriblər. Orkestrin ifasında Elliqtonun ən tanınmış bəstələri, həmçinin klassik cazın məşhur əsərləri, “Karvan” bəstəsi də səsləndirilib.

Qeyd edək ki, ənənəvi Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR