Bank Of Baku

“Arşın mal alan” musiqili komediyasının 100 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

“Arşın mal alan” musiqili komediyasının 100 illiyi UNESCO çərçivəsində qeyd olunacaq
# 31 oktyabr 2011 12:28 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, bu qərar sentyabrın 30-da keçirilən UNESCO İcraiyyə Şurasının 187-ci sessiyasında verilib. İrəli sürülən təklif sessiya iştirakçıları tərəfindən yekdilliklə təsdiqlənib və adları sadalanan şəxsiyyətlər UNESCO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.
2012-2013-cü illərdə Azərbaycanın mədəniyyətini, ədəbiyyatını musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu yubileylərin qeyd olunması ilə əlaqədar Azərbaycanda, xarici ölkələrdə və UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməyə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR