Bank Of Baku

Tanınmış alman dirijoru Bakıda çıxış edəcək

Tanınmış alman dirijoru Bakıda çıxış edəcək
# 31 oktyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında noyabrın 5-də C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanı Münhen opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcək. Tamaşada əsas partiyalardan biri olan Alfredi Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmin ifa edəcək. Violetta partiyasında isə Azərbaycan Opera və Balet Teatrının gənc və istedadlı vokalçısı, əməkdar artisti İnarə Babayeva çıxış edəcək.
Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri, əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR