Bank Of Baku

Azərbaycan pianoçusu Bakıda serbiyalı dirijorun rəhbərliyi altında konsert verəcək

Azərbaycan pianoçusu Bakıda serbiyalı dirijorun rəhbərliyi altında konsert verəcək
# 03 noyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov S. Prokofyevin fortepiano üçün ilk konsertini ifa edəcək. Bu barədə APA-ya məlumat verən pianoçu bildirib ki, konsert Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

M. Hüseynovu Üzeyir Həcıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Maraqlı məqamlardan biri konsertdə orkestrə Serbiyadan olan dirijorun rəhbərlik etməsidir. Konsert Voyvodina Simfonik Orkestrinin baş dirijoru Berislav Skenderoviçin rəhbərliyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR