Bank Of Baku

Litvada azərbaycanlı rəssam Mir Teymur Məmmədovun sərgisi açılıb – FOTO

Litvada azərbaycanlı rəssam Mir Teymur Məmmədovun sərgisi açılıb – <font color=red>FOTO </font>
# 03 noyabr 2011 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Litvanın paytaxtı Vilnüs şəhərində azərbaycanlı rəssam Mir Teymur Məmmədovun fərdi sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgi “Azeri.lt” portalı və Vilnüs Pedaqoji Universitetinin təşkilatçılığı ilə baş tutub.

Sərginin əsas mövzusu Azərbaycan olub. Azərbaycana həsr olunan əsərlərin kolorit və energetikası bütün qonaqları valeh edib. Rəssam Azərbaycanı dünyaya yeni koloritdə təqdim etmək istədiyini söyləyib.

Sərgini tələbələr, incəsənət nümayəndələri və siyasətçilər ziyarət ediblər.

Sərginin nümayişi noyabrın 28-nə qədər davam edəcək. Sonra əsərlərin digər universitetlərdə və qalereyalarda nümayiş olunacağı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR