Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Azərbaycan Milli Mərkəzinin ilk toplantısı keçirilib - FOTO

Gənc Tamaşaçılar Teatrında Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Azərbaycan Milli Mərkəzinin ilk toplantısı keçirilib - <font color=red>FOTO</font>
# 03 noyabr 2011 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda ASSİTEJ Milli Mərkəzinin sədri Mübariz Həmidov Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı barədə məlumat verib. Daha sonra bildirib ki, Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilən qurultayında böyük səs çoxluğu ilə bu təşkilata üz seçilib. Qurultay zamanı GTT bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi, Mübariz Həmidov isə mərkəzin sədri elan edilib: “Bu, ilk toplantımızdır. Onu da qeyd edim ki, yeganə ölkəyik ki, toplantımızı ASSİTEJ-in prezidentinin iştirakı ilə keçiririk”.

M. Həmidov qeyd edib ki, 85-dən çox teatr bu təşkilatın üzvüdür: “Mən arxiv materiallarını araşdıranda öyrəndim ki, bizim teatr Sovet dönəmində 1960-cı illərdə də bu təşkilata üzv seçilib. Hətta teatrımızın əvvəlki binasında Zaqafqaziya ölkələrinin gənc tamaşaçılar teatrlarının seminarı da keçirilib”.
Mərkəzin fəaliyyət proqramı barədə ətraflı məlumat verən sədr gələcəkdə teatr sahəsində müxtəlif beynəlxalq tədbirlərin, festivalların, seminarların keçiriləcəyini deyib. Onu da vurğulayıb ki, 2014-cü ildə Bakı daha bir beynəlxalq mədəniyyət layihəsinə ev sahibliyi edəcək.

Toplantıda ASSİTEJ-in prezidenti İvetta Hardi də təşkilatın fəaliyyəti haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR