Bank Of Baku

Bəstəkarlar İttifaqında gənc kinematoqrafçılarla görüş keçirilib

Bəstəkarlar İttifaqında gənc kinematoqrafçılarla görüş keçirilib
# 03 noyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsinin növbəti iclası çərçivəsində gənc kinematoqrafçılarla görüş keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölməyə
bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov sədrlik edib. İclasda kinorejissor Tariyel Vəliyev və onun tələbələri, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Firudin Allahverdiyev, gənc bəstəkar Ayaz Qəmbərli, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin magistrləri iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə milli kinematoqrafiyanın inkişafında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin xidmətlərindən bəhs edib. F. Əlizadə vurğulayıb ki, Azərbaycan kinorejissorları ilə bəstəkarlarının yaradıcılıq əməkdaşlığı uzun illərin ənənələrinə söykənir və bu əlaqə bu gün də davam etdirilməlidir. Görüş zamanı kinorejissorlarla bəstəkarlar arasında bir zamanlar mövcud olan yaradıcılıq əlaqələrinin son illər yenidən bərpa edildiyi vurğulanıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Rüfət Kərimzadənin “Affekt”, Leyla Abdullayevanın “Ana” filmləri nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR