Bank Of Baku

Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşasının premyerası keçirilib
# 03 noyabr 2011 14:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Boy çiçəyi” əsəri əsasında səhnələşdirilən eyniadlı iki hissəli tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, premyerada baş nazirin müavini, xalq yazıçısı Elçin, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digər tanınmış simalar, eləcə də teatr xadimləri iştirak ediblər.

“Boy çiçəyi” tamaşasının quruluşçu rejissoru xalq artisti Azərpaşa Nemətov, musiqi tərtibatçısı Paşa Zəfəroğludur. Tamaşada Həsənzadə rolunu xalq artisti Fuad Poladov, Xurşud xanımı Şükufə Yusupova, Nargiləni Məsmə Aslanqızı, Nəzakəti Hicran Nəsirova, Fərəci Sabir Məmmədov, Suriki Fəridə Əliyeva oynayır.

Qeyd edək ki, İlyas Əfəndiyevin bu pyesi 1964-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Tofiq Kazımov tərəfindən hazırlanıb. Azərpaşa Nemətov bu əsərə 24 ildən sonra müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR