Bank Of Baku

Əli Əmirlinin “Bala bəla sözündəndir?” komediyası gürcü dilində səhnəyə qoyulub

Əli Əmirlinin “Bala bəla sözündəndir?” komediyası gürcü dilində səhnəyə qoyulub
# 04 noyabr 2011 13:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur “Bala bəla sözündəndir?” komediyası “Çağırış vərəqəsi” adı ilə Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında tamaşaya qoyulub. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, əsəri gürcü dilinə İsako Zeynalaşvili tərcümə edib. O həm də tamaşanın quruluşçu rejissorudur.
Onu da qeyd edək ki, elə yazıldığı ildə də Dövlət Gənc Tamaşaçılar Teatrında rus və Azərbaycan dillərində tamaşaya qoyulmuş komediya sonralar ölkənin bir sıra teatrlarında da səhnələşdirilib. 1994-cü ildə isə bu komediyanın motivləri əsasında Azərbaycan Dövlət Televiziyasının “Sabah” yaradıcılıq emalatxanasında Şərif Qurbanəliyevin quruluşunda “Bala – başabəla” adlı televiziya tamaşası çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR