Bank Of Baku

Moskvada “İbrus” Teatrının 10 illiyi qeyd olunacaq

Moskvada “İbrus” Teatrının 10 illiyi qeyd olunacaq
# 04 noyabr 2011 14:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Moskvaya gedəcək. Bu barədə APA-ya məlumat verən aktyor səfərin “İbrus” Teatrının Moskvada keçirilən yubiley tədbirində iştirak məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun yaratdığı İbrus Teatrının 10 illiyi Rusiya paytaxtında qeyd olunacaq. Yubiley münasibətilə şəhərdə teatrın yeni “O və onlar” (“On i oni”) tamaşasının nümayişi təşkil olunacaq. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Rüstəm İbrahimbəyovdur. Tamaşada baş rollarda Fəxrəddin Manafov, Yuri Baliyev, Mehriban Zəki və Mələk Abbaszadə çıxış edir.

F. Manafov bildirib ki, tamaşanın ictimai baxışı iki gündən sonra İbrus Teatrında olacaq. Noyabrın 7-8-də isə tamaşanın premyerasının keçirilməsi nəzərdə tutulur. Premyeradan sonra teatr kollektivi Moskvaya səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR