Bank Of Baku

Bakıda ilk dəfə keçirilən “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi olub

Bakıda ilk dəfə keçirilən “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi olub
# 04 noyabr 2011 16:12 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda ilk dəfə keçirilən I Kukla Teatrları Festivalının olduqca böyük maraq doğurduğunu qeyd edib. Nazir festival çərçivəsində Azərbaycanda ilk dəfədir keçirilən I Beynəlxalq Kukla Biennalesi barədə də danışıb.

Onun sözlərinə görə, I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi nüfuzlu təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdən ibarətdir: “Beləliklə, biz Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etmək fürsətini qazanmış oluruq. Gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq, onun fiqurativliyini duymaq olar. Ustad dərslərinin keçirilməsi şərti ilə aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanı verəcək”.

Nazir onu da qeyd edib ki, Biennaledə dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edir. Bu ölkələr Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya (“Vaxtanov” Qalereyası) və Ukraynadır. Ölkəmizi isə sərgidə Azərbaycanda peşəkar müəllif kuklaları sənətinin banisi, Bakıdakı “Çeşmə” Mədəniyyət Mərkəzi nəzdində ilk özəl Kukla Muzeyinin və milli geyimlərin yaradıcılarından biri Elmira Abbaslı, Azərbaycanda konseptual və art-kuklanın əsasını qoymuş şəxslər - Pərviz Hüseynov və İrina Qundorina, peşəkar heykəltəraş Tamilla Qurbanova ilə təmsil edilər. Mərasimdə bütün ölkələrin iştirakçılarına diplomlar verilib.

Sərgi noyabrın 10-dək davam edəcək. Rəsmi açılış günündən başqa digər günlərdə sərgiyə giriş sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR